Nobel mükafatçıları nələrin insan həyatına təhlükə olduğunu açıqladılar

  • By admin
  • 31 Avqust 2017 17:28
nobel
Nobel mükafatı laureatı olan 50 alim süni intellekti insan həyatı üşün təhlükə hesab etmir.
Gununsesi.info xəbər verir ki, Britaniyanın Times Higher Education jurnalı fizika, kimya, iqtisadiyyat, fiziologiya və tibb üzrə 50 Nobel mükafatı laureatı olan alimlər arasında süni intellektin insan həyatı üçün təhlükə yaradıb-yaratmadığı ilə bağlı sorğu keçirib. Jurnal Nobel mükafatı laureatlarından süni intellektin  yaratdığı rəqabətin insan həyatı üçün qlobal təhlükəsinin olub-olmaması sorşulub.
Sorğuda iştirak edən alimlərin 34 faizi  qlobal istiləşmə nəticəsində ətraf mühitin  deqrdasiya olması və populyasiyanın artımını insan həyatı üşün təhlükə sayıb. 23 faiz alimlər  nüvə müharibəsini, 8 faiz isə yolxucu xəstəlikləri, eyni zamanda  dərmanların təsirinin insan orqanizminə təsir etməməsi və müqavimət gücünü artırmamasını  insan həyatı üçün ən ciddi təhlükə hesab ediblər.
Alimlər süni intellektin və robot texnikasının inkişafını  insan həyatı üçün elə də ciddi təhlükə hesab etmir.
Amerikalı biznesmen İlon Mask və britaniyalı alim Stiven Hokinq Nobel laureatı alimlərinin bu qənaəti ilə razılaşmayaraq bildiriblər ki, süni intellekt  insan həyatı üçün əsas təhlükə hesab ediblər.
1901-ci ildən bu günə kimi  fizika, kimya, iqtisadiyyat, fiziologiya (tibb) üzrə 700-dən artıq Nobel mükafatı qalibi var və hazırda onların 235-i sağdır.
Gununsesi.info