Norveç kralı xəstəxanaya yerləşdirilib

  • By admin
  • 25 Sentyabr 2020 14:36

Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib.

Gununsesi.info-nun “Nord News”a istinadən verdiyi xəbərə görə, bu barədə kral sarayı məlumat yayıb. 

Bildirilib ki, V Harald Osloda Milli Xəstəxanaya yerləşdirilib. 83 yaşlı kralın səhhətindəki problem açıqlanmayıb.

Kralın səlahiyyətlərini gün ərzində vəliəhd şahzadə Haakon icra edəcək. 

 

Gununsesi.info