Norveç şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib

  • By admin
  • 15 Dekabr 2021 14:18

İqtisadiyyat naziri Mikayıl Cabbarov Norveç Krallığının Azərbaycandakı səfiri cənab Erlinq Skyonsberqlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

“Erlinq Skyonsberqlə ticarət, investisiya və rəqəmsal iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafı, işğaldan azad edilmiş ərazilərimizə Norveç şirkətlərinin cəlb edilməsi məsələlərini müzakirə etdik”, – o qeyd edib.

Gununsesi.info