Norveçdə koronavirusun müalicəsinə BAŞLANILDI

  • By admin
  • 01 Aprel 2020 11:11

Norveç koronavirusa qarşı ilk təcrübə müalicəsinə başladığını açıqlayıb.

Gununsesi.org xəbər verir ki, təcrübə malyariya və ebola xəstəliyinin müalicəsində istifadə olunan 3 peraparat vasitəsi ilə aparılacaq. Yeni təcrübənin ən az üç ay müddətində aparılacağı gözlənilir. Təcrübə Dünya sağlamlıq Təşkilatının himayəsində aparılır.

Oslo universitetinin həkimləri ölkə daxilində koronavirus peyvəndini tapmağa çalışan 22 tibb işçilərindən biridir. Oslo universitetinin baş infeksionisti olan Anna- Ma Dryhol bu haqda açıqlama verərək ”Təcrübə etdiyimiz dərmanlardan hər hansı birinin təsirli olub-olmadığı təsdiqlənən zaman təcrübəni dayandırıb, bütün dünyaya bildirəcəyik. Hələlik bu, dərmanların koronavirusa qarşı təsirli olub-olmayacağını bilmirik” sözlərini deyib. 

Gununsesi.org