Norveçdə muzeydən Vikinqlər dövrünə aid 400 əşya oğurlandı

  • By admin
  • 20 Avqust 2017 20:50

vikinq

Avqustun 11-13-də Norveçin cənub-qərbində yerləşən Bergen muzeyindən Vikinqlər dövrünə aid 400 əşya oğurlanıb.

Gununsesi.info “lefigaro.fr” saytına istinadla bildirir ki, bu barədə muzeyin direktoru məlumat verib. O qeyd edib ki, oğurlanan əşyaların bazar dəyəri yoxdur, lakin onların çox böyük tarixi əhəmiyyəti var. Əgər oğurlanan əşyalar qaytarılmasa, bu, son 200 ildə Norveç muzeylərindəki ən böyük oğurluq hadisəsi olacaq.

Bildirilir ki, oğrular muzeyə yeddinci mərtəbədən daxil olublar. Onların bir neçə nəfər olduğu ehtimal edilir.

Norveç polisi hadisə ilə bağlı araşdırma aparır.

Gununsesi.info