
Dekabrın 2-4-də Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 7500 nəfərədək müəllim iştirak edəcək. Ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də Göygöldə keçiriləcək imtahanlara cəlb ediləcək.
Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri bu imtahanlarda iştirak edəcəklər.
Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.
Anar
Gununsesi.info
Növbəti diaqnostik qiymətləndirmə Göygöldə keçiriləcək
-
Müəllif: admin
- 29 Noyabr 2016 14:45
DİGƏR XƏBƏRLƏR
-
19 Avqust 2024 20:39
Məşhur Məmmədovun Masallı şəhər Mədəniyyət evində qadın seçicilərlə görüşü keçirilib
-
12 May 2024 13:04
Torpaqlarımızı öz canı-qanı bahasına azad edən gənc nəsil yetişdirildi
-
05 Fevral 2024 15:31
Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır”
-
03 Fevral 2024 14:00
Xalqa xidmət nümunəsi yaradan Lider!
-
30 Yanvar 2024 13:19
Dünya miqyaslı siyasi lider
-
28 Yanvar 2024 11:21
İnamla addımlayırıq
-
26 Yanvar 2024 11:38
AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil
-
22 Dekabr 2023 14:25
“Boykot” – sifarişli təxribatdır
-
20 Dekabr 2023 11:35
Enerji siyasətinin prioriteti
-
11 Dekabr 2023 17:47
Xalqa sadiqlik təcəssümü
-
21 Noyabr 2023 17:41
Ümummilli maraqlara sədaqət
-
18 Noyabr 2023 11:06
Binəqədidə sakinlərin problemlərinin aradan qaldırılması məsələləri müzakirə edilmişdir









