Növbəti hədəf Pakistandır - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 05 Yanvar 2018 15:18

Dekabrın son günlərində İranda başlanan etiraz aksiyaları fonunda ABŞ-ın Pakistanı hədəf seçməsini heç də təsadüf hesab etmək olmaz. ABŞ rəsmiləri Pakistanı da İran kimi terroru dəstəkləyən və ona yardım edən ölkələr cərgəsinə aid edərək, bu ölkəni hədəf seçib. Pakistanın hədəf seçilməsi 2017-ci ilin sonunda ABŞ prezidenti Donald Trampın 70 səhifəlik Qlobal Təhlükəsizlik Strategiyasında da öz əksini tapıb. 

Artıq Pakistanla Ağ Ev arasındakı gərginlik 2017-ci ilin ikinci yarısından etibarən gərginləşməyə başlayıb və bu gərginlik dərinləşməkdə davam etməkdədir. Və belə demək mümkünsə iki ölkə arasındakı gərginlik pik həddinə çatmaqdadır. Bunun nəticəsi olaraq ABŞ Pakistanı rəsmi sanksiyalarla və ciddi addımlar atacağı ilə hədələməkdədir. Tramp adminstrasiyası Pakistana qarşı ilk cəza növü kimi bu ölkəyə terrorizmə qarşı mübarizə proqramı çərçivəsində ayırdığı maliyyə yardımını dayandırmağı seçib. Tramp administrasiyası İslamabadla münasibətlərin korlanmasını Əfqanıstanda terrorçuluğa qarşı effektsiz mübarizə ilə izah etməyə və Pakistanı terrora qarşı mübarizə aparmamaqda və əksinə olaraq terrorizmə dəstək verməkdə ittiham etməkdədir.

Pakistana qarşı sərt tədbirlər görülməsi ilə bağlı siyasət Tramp administrasiyasının yeni Qlobal Təhlükəsizlik Strategiyasında da əksini tapıb. İki ölkə arasındakı hadislərin inkişaf tendensiyasının xronologiyasına nəzər salmaqla biz yaranmış situasiyaya aydınlıq gətirə bilərik. Hələ 2017-ci ilin avqustunda ABŞ prezidenti Donald Tramp Əfqanıstanla bağlı yeni strategiyasını açıqlayarkən Pakistanı hədəf seçərək terrorçuları dəstəkləməkdə ittiham edib. Tramp deyib ki, əgər İslamabad terrorçulara himayədarlıq edəcəyi və öz ərazisində sığınmasına imkan verəcəyi təqdirdə çox şey itirə bilər. Tramp eyni zamanda indiyədək ABŞ hakimiyyətini son 15 ildə Pakistana terrorizmə qarşı mübarizə adı altında 33 milyard dollar ayrımasını axmaqlıq adlandırıb. Tramp digər ölkələri də Pakistana terrora dəstək verməsinə yardım etməkdə ittiham edib.

Trampın bu bəyanatı iki ölkə arasında gərginlyin dərinləşməsinə yol açdı. Ağ Evin bu siyasətinə uyğun olaraq İslamabadda öz adekvat siyasətini qurmağa başladı.

Sentyabr ayında BMT Baş assambleyası çərçivəsində iştirak edən Pakistanın baş naziri Şahid Hakan Abbasi iki ölkə arasında yaranmış durumu  ABŞ-ın vitse-prezidenti  mayk Penslə müzakirə edib. Onu da qeyd edək ki, bu görüş Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-la Pakistan arasında ən yüksəksəviyyəli görüş olub.

Oktyabr ayında isə Pakistan XİN başçısı Havac Asiflə ABŞ dövlət katibi Reks Tillerson arasında görüş olur. Və bu görüşdə İslamabad Vaşinqtonla Əfqanıstanda sülhə nail olunması və terrorizmə qarşı  səmərəli mübarizə aparmaq üçün yüz faiz konstruktiv əməkdaşlıq etməkdə hazır olduqlarını bəyan edir.

Bu görüşdə hətta Vəzirstan əyalətinin taliblərdən təmizlənməsi məsələsi müzakirə predmeti olub. İslamabad cavabında bu əyaləti terrorçulardan təmizlədiyini və  yerli əhalinin öz yurdlarını qayıtdıqlarını bəyan edib. İslamabad eyni zamanda terrorizmlə mübarizənin mürəkkəbliyini də önə çəkərək bildirib ki,  terrorizm hələ də real təhlükə olaraq qalmaqdadır. İslamabad bunun səbəbini Əfqanıstandakı müharibənin hələ də davam etməsində görür. Ona görə də ABŞ-ın  Pakistanı bu məsələdə ittiham etməsi düzgün hesab etməyib.

İslamabad Əfqanıstanda terrorizmlə bağlı uğursuz mübarizədə ABŞ-ın özünü və Əfqanıstanı ittiham edib. “Odur ki, bu məsələdə Pakistanı ittiham etmək ədalətsizlikdir. Bu məsələdə heç olmazsa məsuliyyətin müəyyən bir qismi elə Əfqanıstanın üzərinə qoyulmalıdır. Məhz buna görə də Əfqanıstanda sülhə nail olmaq mümkün olmayıb. Bu gün Əfqanıstanın nə qərbində, nə şərqində, nə cənubunda  yoxdur. Ancaq ABŞ Pakistanı Əfqanıstanla sərhəd bölgəsində baş verənlərə görə ittiham edirş Biz boş və arqumentsiz ittihamları məqbul hesab etmirik”- deyə, Pakistan XİN başçısı bəyan edib.

İslamabadın bu sülh çağrışına baxmayaraq Ağ Evin adekvat reaksiyası olmayıb və münasibətlərin normallaşması əvəzinə konfrantasiya yolunu seçib.

İki ölkə arasınakı münasibətlərin daha da dərinləşməsi son bir həftədə özünü açıq büruzə verməkdədir. Belə ki, Abş-ın BMT-ki təmsilçisi  daimi nümayəndəsi Nikki Heyli də bir neçə gün öncə təmsil etdiyi ölkənin Pakistana maliyyə yardımını tamamilə kəsəcəyi barədə bəyanatla çıxış edib.

Bunun ardınca isə ABŞ Dövlət Departamentinin   təmsilçisi  Xizer  Nauert isə Pakistana təhlükəsizlik sahəsində ayrılacaq 225 milyon dollarlıq maliyyə yardımını dayandıracaqlarını bəyan edib. Bununla belə Dövlət Departamentinin təmsilçisi X.Nauert bəyane dib ki, ABŞ-ın milli təhlükəsizliyinə cavab verən ayrı-ayrı epizodik hadisələrdə istisna hal kimi Pakistana maliyyə yardımı göstərilə bilər.

Ağ Evin bu itthamları İslamabad tərəfdən də cavabsız qalmayıb. Belə ki, Pakistanın XİN başçısı Havac Asif Ağ Evin ittihamlarınə rədd edərək, bunu siyasi tryuk adlandırıb. H.Asif  Əfqanıstanda terrorizmə qarşı mübarizənin uğursuzluğunda günahkar elə  ABŞ-ın özüdür: “Məhz ABŞ-ın uğursuz fəaliyyəti nəticəsində  Taliban Əfqanıstanda  yeni əraziləri öz nəzarətinə keçirmək üçün genişmiqyaslı əməliyyatlar keçirir. Ona görə də Ağ Evin bu hərəkəti siyasi tryukdən başqa bir şey deyil. Ona görə  ki, Ağ Ev Əfqanıstandakı öz uğursuzluğunu  Pakistanın üzərinə atmağa çalışır. ABŞ bu uğrusuz fəaliyyəti nəticəsində Əfqanıstanda dalana dirənib”.

H.Asif onu da əlavə edib ki, Pakistan Amerikanın yardımına ehtiyacı yoxdur. İki ölkə arasında gərginliklə bağlı ABŞ-ın Pakistandakı səfiri Devid Xeyli XİN-ə çağrılaraq,  yaranmış durum müzakirə olunub və Ağ Evin ittihamlarına cavab olaraq İslamabadın etiraz notası diplomata təqdim edilib.

Bütün bunlara rəğmən H.Asif Vaşinqtonu bu konfrantasiyaya son verərək Əfqanıstanda münaqişənin tənzimlənməsi istiqamətində konstruktiv əməkdaşlıq etməyə çağırıb. O hesab edir ki, ABŞ və Pakistan əfqanıstanda sülhə nail olmaq üçün sıx əməkdaşlıq etməlidir: “Biz inanırıq ki, ancaq iki ölkənin sıx əmədkaşlığı nəticəsində cənub-şərqi asiyada sabitlik mümkün ola bilər”.

Yaranmış durum və İslamabadın bölgədə sülhün əldə olunması üçün istənilən sahədə sıx əməkdaşlığa hazır olduğunu bəyan etməsinə baxmayaraq Ağ Evin Pakistanı hədəf seçməsinin arxası daha ciddi  planların dayandığından xəbər verir. Bütün bunlar onu deməyə əsas verir ki, Tramp administrasiyasının növbəti hədfəi Pakistandır və yaxın gələcəkdə Ağ Evin bu ölkəyə qarşı digər sanksiyaların və Pakistanda da İrandakına oxşar hadisələrin baş verəcəyinin şahidi ola bilərik.

Mürtəza Bünyadlı

Gununsesi.info