
V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasiminə qatılacaq.
A.Ç.Kılıç qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mötəbər və maraqlı idman yarışları keçiriləcək.
Gununsesi.info









