Növbəti rəqib İran yığmasıdır

  • By admin
  • 14 Yanvar 2017 09:56

qranatkin-1

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu yanvarın 15-də keçirəcək.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, 9-16-cı yerlər uğrunda mərhələdə futbolçularımız İran komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə saat 15:15) başlayacaq.

Anar
Gununsesi.info