Novella Cəfəroğlu: “Qadının hakimiyyətə gəlməsi təqdirəlayiqdir” -YAXŞILIĞA DOĞRU ÇOX ŞEY DƏYİŞƏCƏK

  • By admin
  • 21 Fevral 2017 13:16

ilham-mehriban

 “Qadının hakimiyyətə gəlməsi çox təqdirəlayiqdir. Odur ki, Mehriban Əliyevanın birinci vitse-prezident olmasını alqışlayıram”. 

Bu haqda Gununsesi.info-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu  bildirib.

Hüquq müdafiəçisi hesab edir ki,  hakimiyyətə qadının gəlməsi bir sira sahələrdə irəliləyişlərə və inkişafa yol açacaq.

“Hesab edirəm ki, Mehiban Əliyeva gələn il seçkilərdə namizədliyini verməlidir.  Güman  edirəm ki,  məhz Mehriban xanımın  hakimiyyətə gəlməsi reformaların dəyişməsinə səbəb olacaq. Məncə, onun hakimiyyəti dövründə yaxşılığa doğru çox şey dəyişəcək”- deyə, o, bldirib.

novella

Gülnaz Qənbərli

Gununsesi.info