Novxanı çimərliyində bir nəfər batdı

  • Müəllif: admin
  • 05 İyul 2018 10:28

 

Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumata görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Gununsesi.info