Novxanı çimərliyində FACİƏ - YENİLƏNİB

  • Müəllif: admin
  • 05 İyul 2018 14:16

Novxanı çimərliyində FACİƏ - YENİLƏNİB

 

Abşeron rayonunun Novxanı çimərliyində batmış 2003-cü il təvəllüdlü Məmmədov Murad Zaur oğlunun axtarışları başa çatıb.

 FHN-dən  verilən məlumata görə, M.Məmmədovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

***
Abşeron rayonunun Novxanı çimərliyində bir nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.