Nursultan Nazarbayevdən yeni təklif - “ATƏT-LƏ AQFETM BİRLƏŞSİN”

  • By admin
  • 16 Noyabr 2017 17:30

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ATƏT-lə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin “AQFETM” birləşməsi təklifi ilə çıxış edib.

Gununsesi.info “kazinform”a istinadən xəbər verir ki, Nazarbayev bu iki təşkilatın birləşməsini Avropa ilə Asiyada birgə təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində məqsədəuyğun və zəruri sayır.

“Əgər bu iki təşkilat bir araya gəlib birləşərsə subkontinentdə vahid təhlükəsizlik məkanı yaranar ki, bu da çox möhtəşəm iş olar. Bax mənim axrıncı ideyam budur”- deyə, Nazarbayev vurğulayıb.

O əlavə edib ki, Asiya regionu əhalinin çox sıx yaşadığı bölgə olduğundan, burada müxtəlif böyük münaqişələr ortaya çıxır.

Gununsesi.info