Nüvə müharibəsi başlaya bilər – Türkiyə

  • By admin
  • 22 Oktyabr 2017 19:41

fikri-isik_9014
Şimali Koreyadakı Kim bir şey edərsə, dünya nüvə müharibəsinin bir addımlığında ola bilər.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Fikri İşıq deyib.

“Hər halda dünyada bu qədər konfliktin yaşandığı dönəm olmayıb. Bir qığılcımın yanğına dönəcəyi, bir zəif küləyin qasırğaya çevriləcəyi durumundayıq. Onsuz da, Suriyada 6-7 ildir ki, davam edən vətəndaş müharibəsindən, İraqdakı proseslərdən dolayı bədəl ödəməyə davam edirik. 5-10 min miqrant Avropaya ayaq basdığı dönəmdə bu qitənin siyasəti qarışır. Lakin Türkiyə 3 milyon miqranta ev sahibliyi edir. Bax, fərqimiz budur”, – İşıq bildirib.

Gununsesi.info