Nüvə silahı tamamilə qadağan edilə bilər

  • By admin
  • 21 Sentyabr 2017 08:50

bmt

BMT-də nüvə silahlarının tamamilə qadagan olunmasına dair konvensiya açılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ilk gündə konvensiyanı 51 ölkə imzalayıb.

Məlumata əsasən, sənədi Əlcəzair, Avstriya, Braziliya, Vatikan, Kosta-Rika, İndoneziya, Kuba, Liviya, Lixtenşteyn, Meksika, Yeni Zelandiya, Fələstin, Cənubi Afrika Respublikası, Tayland, Venesuela və digərləri imzalatıblar.

Konvensiya azı 50 ölkə tərəfindən ratifikasiya edildikdən sonra 90 gün sonra qüvvəyə minəcək.

Gununsesi.info