Nyu-York birjasında indekslər müxtəlif cür dəyişir

  • By admin
  • 25 Sentyabr 2020 21:48

Nyu-York Fond Birjasında (NYSE) bu gün keçirilən hərrac zamanı başlıca indekslər müxtəlif cür dəyişib.

Gununsesi.info birjaya istinadən xəbər verir ki, “Dow Jones” sənaye indeksi 127,71 faiz bəndi (0,47 faiz) azalaraq 26.688,23 faiz bəndində, “Standard & Poor 500” indeksi 8,78 faiz bəndi (0,27 faiz) azalaraq 3237,81 faiz bəndində, “Nasdaq” elektron indeksi isə 6,32 faiz bəndi (0,06 faiz) artaraq 10.678,59 faiz bəndində qərarlaşıb.

Hərracın əvvəlində “Apple”ın səhmləri 0,29 faiz, “Microsoft”un səhmləri 0,13 faiz artıb, “Alphabet”in səhmləri isə 0,22 faiz azalıb. WTI markalı neftin noyabr müqavilələri 0,4 faiz ucuzlaşaraq 40,13 ABŞ dollarından, qızıl isə 0,4 faiz ucuzlaşaraq 861,35 ABŞ dollarından satılıb.

WSJ xəbər verir ki, azalmanın üstünlük qazanması əsasən ABŞ və Avropada koronavirusa yoluxanların çoxalması, dünya iqtisadiyyatında dirçəlmə proseslərinin ləngiməsi, habelə noyabr ayında keçiriləcək prezident seçkilərilə bağlı qeyri-müəyyənlik kimi amillərdən irəli gəlir.

 

 

Gununsesi.info