O general 80 milyonu tək yeyə bilməz - FAZİL MUSTAFA MÜDAFİƏ NAZİRLİYİNDƏ ƏMƏLİYYATLARIN DAVAM ETMƏSİNİ TƏLƏB EDİR

  • By admin
  • 04 Mart 2022 19:34

 

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa hüquq-mühafizə orqanlarının son zamanlar  Müdafiə Nazirliyində apardığı antikorrupsiya əməliyyatlarından danışıb.

Gununsesi.info -nun xəbərinə görə, deputat Nazirlikdə aparılan yoxlamaların davam etdirilməsinin vacibliyini qeyd edib:

“Nizami adlı general 80 milyon pul yeyib. Biz bu məsələyə elə yanaşmalıyıq ki, Ordumuzun güclənməsinə, haqsızlıqla üzləşən əsgərlərimizin haqqının bərpasına nail olaq. Bu tək hansısa məmurun etdiyi qanunsuzluqlar deyil. Orada “div”lərin mənimsəmələri var. Orada oturan “div”ləri aradan qaldırmaq lazımdır. Bütün bunları dərindən araşdırılmalı, tədbir görülməlidir”.

 

Gülnar

Gununsesi.info