“O, öz seks görüntülərini çəkib…” – Gənc aktrisaya tənqidlərlə bağlı

  • By admin
  • 21 İyun 2016 18:08

468427

 

Gənc aktrisa Mələk Heydərovanın “istədiyim pulu versələr, yatağa girərəm” açıqlaması sosial şəbəkələrdə etirazla qarşılanıb. Buna görə onu kəskin tənqid edənlərin sayı günü-gündən artır. Hətta narazılar sırasında həmkarları da var. Tanınmış aparıcı Şəbnəm Turan və aktrisanın müəllimi İlhamə Novruzova isə tənqidləri haqsızlıq kimi qiymətləndirir.

Gununsesi.info xəbər verir ki, publika.az-a açıqlama verən Şəbnəm Turan “bu meydan, bu da şeytan, dediyini eləməsən, sözünün ağası deyilsən” deyərək aktrisanı daha da həvəsləndirib: “Mələyin yüzminlik öpüş, milyonluq yataq iddiasını anlayıram. Aktrisadır, potensialının müqabilində yaxşı pul qazanmaq istəyir. Vaxtilə Naibə Allahverdiyeva da “Qara volqa” filmində açıq-saçıq səhnələrə çəkilmişdi. Amma bilmirəm buna görə nə qədər qonorar almışdı. Bəlkə də sənət sevgisi naminə pulsuz çəkilibmiş, deyə bilmərəm. Amma gənc aktrisa Mələk artıq bu cəsarətli açıqlamanı verib və zəhməti müqabilində bəlli məbləğ tələb edir. Cəsarətini dəyərləndirirəm. Amma o da gərək sözünün arxasında dayansın. Buyursun, zəhmət çəksin, həmin məbləği rejissorlardan alıb, yataq səhnəsinə çəkilsin. Lakin bir məsələ də var, tutaq ki, istədiyi məbləği ona verirlər, Mələk soyunub yatağa girəcəkmi?”

Aktrisanın müəlliməsi İlhamə Novruzova tələbəsinə haqq qazandırdığını deyib: “Mələk mənim yetirməmdir, onun potensialına bələdəm. Çox zəhmətkeş qızdır. O, bir aktrisa olaraq zəhmətinin müqabilində qonorar tələb edir. Yazıq qız pornofilmə çəkilmir ki, hansısa intim səhnədən söhbət gedir. Bir çox aktrisalar var, deyirlər ki, mən öpüşmərəm, intim səhnəyə çəkililmərəm. Sən əgər peşəkarsansa, bu səhnəyə çəkilməlisən. Əgər həyatda bir qadın zorlanırsa, bunun ekran versiyası da lentə alınmalıdır. Təbii ki, bunu da hansısa aktrisa oynamalıdır. Mələyin bu açıqlaması sosial şəbəkələrdə və saytlarda kəskin tənqid olundu. Mən bunu saxtakarlıq kimi dəyərləndirərəm. Onu tənqid edən adamlar pornosaytların xüsusi izləyiciləridir, canlarından şəhvəti o pornoları izləməklə çıxarırlar. Amma Mələk saxtakarlıq etmir, o aktrisa kimi tələb olunan səhnəni oynamaq arzusundadır və bunun müqabilində qonorar istəyir. Qız öz seks görüntülərini çəkib yaymır, sənətdən danışır. Bunlar həyatla səhnəni qarışdırır”.