O vaxt bizdə “sms” səsvermə olduğu üçün, hərə özünə sms vururdu

  • By admin
  • 01 İyul 2019 11:14

Tanınmış xanəndə, əməkdar artist Elnur Zeynalov prodüser-aparıcı Tarix Əliyevin (Tolik) aparıcılığını etdiyi “Hər şey daxil”də qonaq olub.

Milli.Az xəbər verir ki, xanəndə bir zamanlar iştirakçısı olduğu muğam müsabiqəsi ilə bağlı şok etirafı ilə diqqət çəkib.

Elnur müsabiqə boyunca bütün iştirakçıların layihədə qalmaqları üçün hər həftə özlərinə külli miqdarda məbləğ xərclədiklərini bildirib:

“O vaxt bizdə “sms” səsvermə olduğu üçün yalan nə danışaq, hərə özünə sms vururdu. Mənim elə pulum olmayıb. Atamgilnən kirayədə yaşayırdım. Həftəyə 300-400 manat, dollar vururdum. Dolların “78” olduğu vaxtlar idi”. 
Gununsesi.org