Obamanı təhqir edən Filippin prezidenti Trampı təriflədi - "O YAXŞI PREZİDENTDİR"

  • By admin
  • 09 Fevral 2018 19:06

Filippin Prezidenti Rodriqo Duterte ABŞ-lı həmkarı Donald Trampı “yaxşı prezident” hesab etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, R.Duterte bu sözləri mətbuat konfransı zamanı deyib.

O, D.Trampın öz ölkəsi üçün çox işlər gördüyünü qeyd edib: “İnandırım sizi, mən Trampı dəstəkləyirəm. O, yaxşı prezidentdir və ölkəsi üçün çox şey edir. Sadəcə onu başa düşmürlər”.

Qeyd edək ki, keçmişdə R.Duterte ABŞ-ın keçmiş prezidenti Barak Obama haqqında sərt fikirlər səsləndirmiş və onu “it oğlu” adlandırmışdı.

Gununsesi.info