Oğlu şərlənərək həbs edilən vətəndaş dövlətdən ədalət istəyir - APELLYASİYA MƏHKƏMƏSİ DÜZGÜN QƏRAR VERƏCƏKMİ?

  • By admin
  • 08 May 2019 13:05

 

Gəncə Ağır CinayətlərMəhkəməsinin  29 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Məmmədov Babək Faiq oğlunun ailə üzvləri Gununsesi.org- müraciət edib.

Saytımız vasitəsilə ölkə rəhbərliyinə üz tutan valideyn Faiq Məmmədov oğluna qarşı qanunsuzluqlardan bəhs edib.

Ölkə başçısı İlham Əliyevə üz tutan valideyn oğlunun şərləndiyini və birinci instansiya məhkəməsinin oğlu haqqında ədalətli araşdırma aparmadığını əsas gətirərək, növbəti instansiyalarda haqq-ədalətin bərpasına yardımçı olmağı xahiş edir.

Faiq Məmmədov oğlunun apellyasiya şikayətinin surətini də redaksiyamıza tədim edib.

Həmin şikayətdə yazılır:

 

APELLYASİYA ŞİKAYƏTİ

 

Işin faktiki halları

1.Təqsirləndirilən şəxs Məmmədov Babək Faiq oğlu ittiham olunur ondan ötəri ki,o Gədəbəy rayonunun İnəkboğan kəndində 05 avqust 2017-ci il tarixdə saat 18 radələrində  həmin kənd sakini Ələkbərov Əjdər Əhməd oğlunun 1.000 (min) manat pulunu tamah niyyətilə ələ keçirmək məqsədilə sərxoş vəziyyətdə onun həmin kənddə yerləşən evinin həyətinə gəlmiş, Əjdər Ələkbərovun evin qarşısında olan pilləkənin üstündə oturduğunu görüb tanınmaması üçün əynində olmuş qara rəngli qısaqol gödəkçəsi ilə sifətini tutaraq ona yaxınlaşaraq hücuma məruz qalmış Əjdər Ələkbərovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək heç bir söz demədən onun qolundan tutub ayağa qaldıraraq yumruqla vurub onu evin giriş hissəsində olan balaca dəhliz ilə aynabəndin arasındakı giriş qapısından itələyib  içəriyə yıxıb saldıqdan sonra özü də qanunsuz olaraq yaşayış sahəsinə girməklə  əvvəlcə yerdə uzanıqlı vəziyyətdə olan Əjdər Ələkbərovun boğazından sıxmış, sonra isə onun yaxasından tutub silkələyərək divarın küncünə sıxıb pulun yerini deməsini tələb etmiş, Əjdər Ələkbərov evlərində pul olmadığını dedikdə o, yenidən onun üzərinə gələrək boğazından tutmuş, yumruqla sifətinə, bədəninin müxtəlif nahiyyələrinə vurub ona başın, sol göz altının əzilmiş-çapılmış yaraları və başın alın nahiyyəsinin sıyrılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Əjdər Ələkbərovdan pulun yerini deməsini israrla tələb etmiş, “əgər pulun yerini deməsən səni öldürəcəyəm” deyib onu öldürməklə hədələdikdə Əjdər Ələkbərov öldürülə biləcəyindən qorxduğuna görə pulun otaqda yorğan döşəyin altında olduğunu dedikdə o, Əjdər Ələkbərovdan aralanıb otağa keçərək orada olan iki ədəd çarpayının üstündəki döşəyin altını axtarsa da, heç bir məbləğdə pul və ya digər qiymətli əşya tapmamış, otaqdakı digər çarpayıların üstündəki döşəklərin altını axtardığı vaxt Əjdər Ələkbərovun arvadı Ələkbərova Zenfira Abbas qızının evə gələrək səs-küy saldığını eşidib pul axtarışını dayandıraraq yalnız otaqdakı stolun üstündən Əjdər Ələkbərova məxsus 15.00 (on beş) manat dəyərində bir ədəd qara rəngli İMEİ kodu 352351069561927 olan “NOKİA 105 RM-908 markalı telefonu götürərək tez aynabəndə çıxmış və  Zenfira Ələkbərovanın aynabəndin giriş qapısının astanasında durduğunu görüb tanınmaması üçün əli ilə öz sifətini tutmuş, sonra isə onu itələyib yerə yıxaraq həyətə çıxmış və oradan qaçıb uzaqlaşmış və beləliklə, yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış Əjdər Ələkbərovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayət əməlini törətmişdir.

Birinci instansiya Məhkəməsi şəxsin cinayət törətməsi ilə bağlı hər hansı bir mötəbər sübut olmadan onu təqsirli bilməkdə yalnışlığı yol vermişdir.

Aşağıdakılara əsasən hesab edirik ki,təqsirləndirilən şəxsin barəsində olan birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır.

  1. 2. Birinci instansiya məhkəməsinin bu hökmü:
  2. b. onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması;
  3. iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi;
  4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, onu qanunsuz, əsassız və qeyri humanist hesab edirik.

Tələbin hüquqi əsasları.

Konvensiyanın 6-cı maddəsinin pozuntusu

.Təqsirləndirilən  şəxs hesab edir ki, onun Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan hüququ pozulub. Həmin normada deyilir:

Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müd­dət­də işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Ci­­­­­na­­­­­yət tö­­­­­rət­­­­­mək­­­­­də it­­­­­ti­­­­­ham olu­­­­­nan hər kəs onun təq­­­­­si­­­­­ri qa­­­­­nun əsa­­­­­sın­­­­­da sü­­­­­but edi­­­­­lə­­­­­nə­­­­­dək təq­­­­­sir­­­­­siz he­­­­­sab edi­­­­­lir.

Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:

  1. a) ona qarşı ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq;
  2. b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
  3. c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək;
  4. d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidləri çağırmaq və dindirməyə nail olmaq

1.Təqsirləndirilən şəxsin təqsirliliynə dair ittiham tərəfindən təqdim edilmiş sübutlar mötbər deyildir və şəxsin təqsirli bilinməsinə dair sübutların kifayətliyi prinsipinə cavab vermir. Belə ki,işin faktiki hallarına diqqət yetirdikdə aydın olur ki,təqsirləndirilən şəxsin həbs edilməsinin baslıca səbəbi Gədəbəy rayonunda bir neçə cinayət işi bağlı   olduğundan onu təqsirləndirilən şəxsin boynuna qoymaq zərurəti olmuşdur.

. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsindən  görünür ki,təqsirləndirilən şəxs ilkin olaraq qəsdən adam öldürdüyünü ,eyni zamanda hazır ki,cinayətdən əlavə olaraq başqa bir quldurluq cinayəti törətdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, o ifadələrini zor tətbiqi altında vermiş və onun məcbur etmişdilər ki,həmin cinayətləri boynuna götürsün. Hesab edirik ki,təqsirləndirilən şəxsin dedikləri əsaslı və məntiqlidir. Təqsirləndirilən şəxs əgər təzyiqlərə məruz qalmamışdırsa onda nədən qəsdən damöldürmə və quldurluq kimi ağır bir cinayəti öz boynuna götürüdü. İş materiallarına diqqət yetirdikdə məlum oldur ki,8 avqust 2017-ci il tarixdə Cinayət Axtarış Şöbəsinin rəisi Ramil Mehdixanov raportla müraciət edərək bildimişdir ki,təqsirləndirilən şəxs Babək Məmmədov başqa cinayətləri törətdiyini etiraf edir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki,ona edilən təzyiqlər məh Ramil Mehdixanov tərəfindən edilmişdir. Təqsirləndirilən şəxsə nədən 05-06 avqust 2017-ci il tarixdə tutulduqdan sonra şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman verdiyi ifadəsində bu cinayətdən başqa cinayətin törtməsi barədə heç bir fikir söyləməmişdir. Sual olnur ondan 8 avqust 2017-ci il tarixdə Ramil Mehdixanov haradan almışdır bu məlumatı və raportla məruzə edirdi polis rəisinə onu kim buraxmışdır təqsirləndirilən şəxsin yanına Cinayət Axtarış şöbəsinin rəisini .  Onun Cinayət Axtarış Şöbəsinin  rəisinin yanına kim və hansı əsasla buraxmışdır ki,bu məlumatları ona deyirdi. Əgər desəydi ilkin ifadələrində də deyə bilərdi.Deməli təqsirləndirilən şəxsin təzyiqlərə məruz qalması ilə bağlı dedikləri həqiqətə uyğundur. Bu fakrt həm hazırda qeyd edilənlərləı həm də təqsirləndirilən şəxsin iki agır və xüsusilə ağır cinayəti boynuna alması faktı ilə tam təsdiq edilir. Lakin həmişə olduğu kimi prokurorluğun  polis əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı verilən məlum “döyülmə faktı öz təsdiqini tapmadı” kimi məhşur  hüquqi qiymətl yuxardıa qeyd edilən arqumnetlərlə tam təkzib edilir. Prokurorluğun polis əməkdaşlarınən əməllərinə verilən hüquqi qiymətlə bağlı yanaşmaları onu deməyə əsas verir ki,prokurorluq polis əməkdaşlarının  hərəkətlərinə hüquqi qiymət vermək baxımdan səmərəli orqan deyildir Onların apardığı araşdırma səmərəlilik tətləbinə cavab vermir.

Yuxarıda qeyd edilən faktlardan hasil olan nəticə onu deməyə əsas verir  ki təqsirləndirilən şəxs  Təqsirləndirilən şəxs təzyiq altında ifadə vermişdir. Eyni zamanda bu cinaəy işi polis əməkdaşının qurması nəticəsində ərsəyə gəlmişdir. İş materiallarında  zərərçəkmiş şəxsin və onun həyat yoldaşının verdiyi ifadəsndə göstərilir ki,Cinayət Babək Məmmədov tərəfindən törədilib. Bu faktın haradan əldə edilməsinə dair heç bir sübut yoxdur. Yalnız Şahid İfadlərində qeyd edilir ki,bu söhbəti Şahin Qaryevdən eşidiblər. Bu da Şahin Qarayevin ifadəsi .Şahid qismində dindirilmiş Qarayev Şahin Rəşid oğlu ifadəsində hadisə yerini təsvir edərək göstərmişdir ki, İnəkboğan çayından İnəkboğan kəndi istiqamətində bir yol vardır. Həmin yolun üzərində babası Misir Həsənovun evi yerləşir. Babasının evini keçdikdən sonra isə sağ tərəfə yol gedir. Əjdərin arvadı Zenfira ilə birlikdə yaşadığı ev isə həmin sağa dönən yolun üzərindədir. Həmin yolun sağa döndüyü yerdən 30-40 metr məsafədə Əjdər Ələkbərovun yaşadığı ev yerləşir. 05 avqust 2017-ci il tarixdə saat 17-18 radələrində həyətdə ot biçib təxminən 10 metr məsafədə yaba ilə əlində otu daşımışdır. Həmin vaxt həyətin darvazası da açıq olmuşdur. Olduğu yerdən sağa Əjdərin yaşadığı evə gedən yola qədər məsafə 150 metr olmuşdur. Həmin vaxt Babək Məmmədovun əlində telefon getməsini görmüşdür. Onun hərəkətlərindən sərxoş olması hiss olunmuşdur. Çünki, Babək səndələyə-səndələyə ətrafa fikir vermədən Əjdər Ələkbərovun yaşadığı istiqamətə getmişdir. Babək onu görməmiş, aralarında 5 metr məsafə olmuşdur. Babək sərxoş olduğu üçün ona fikir verməmiş və yolu keçib getmişdir. Babəkin sərxoş olduğunu görüb .Ev istiqamətində getmək evə getmək deyil çünki Şahin Qarayev Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ev istiqamətində getmək haqqında ifadə vermədiyini bildirmişdir. İstiqamət hələ evə getmək deyildir. Zərərçəkmiş şəxs ifadəsində həmin şəxsin əynində göy qısaqol kurtka olduğunu deyir.Kəmalə adlı şahid istintaq zaçmanı verdiyi ifadəsində də göy kurta olduğunu bildirir. Lakin onun dediyinə əsaslanan Nuriyyə isə Kəmalənin adından danışaraq qara  qısaqol kurtka olduğunu bildirb. Zərərçəkmiş şəxs bildirir ki,onun evinə Babək Məmmədov girib ilkin ərizəsində isə tanımadığı şəxsin girdiyini deyir. İfadəsində isə Babək Məmmədovun  evə girməsini qeyd edir tanımadığı Babəkin adını necə çəkir anlaşılan deyildir. Onun yanında olan şəxslərdən heç biri məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə və onun yoldaşına onun evinə girən şəxsin Babək olduğunu dediklərini təsdiq etmədilər. Elşad adlı şəxs ifadəsində qeyd etmişdir ki,guya təqsirləndirilən şəxs onlarda olan zaman bildirib ki,ona 1000 manat pul lazımdır gedib Əjdərin evinə girib ondan pul alacaqdır. Birincisi Əjdər nə qədər tanınmış adamdır ki,onun evində 1000 manat pulun olduğuna bu qədər əmin olsan ikincisi isə oğurluğa gedən şəxs kiməsə o zaman deyər ki,dediyi adamda orada iştirak etsin. Əgər belə deyilsə onda bunun adı  oldu muştuluq . Oğrluq gizli cinayətdir axı onu  başqaları ilə paylaşmazlar. Məhkəmə istintaqı zamnaı Elşad adlə şəxsin qardaşı Rüstəm bildirdi ki,Babəkin onların yanaında Əjdərin evinə oğruluğa gedəcəyini deməsini eşitməmişdir. Halbu ki,ilkin ifadəsindəı bunu qeyd etmişdir. Bu isə onu göstərir ki,bütün ifadələr müstəntiq tərəfindən saxtalaşdırılıb. Elşad isə məhkəmə istintaqı zamanı bildirdi ki,oğurluğa getdiyini deməyib deyib gedib pul istəyəcəm Bundan başqa Elşad adlı şəxsin yazılmış səs yazısından görünür ki,Babək həmin vaxt məktəbin yanaına gedəcəyini bildirib və işdə olan şahid Asif adlı şəxs onun həqiqətədn də məktəbin yanaına getdiyini və orada çimdiyini bildirmişdir. Təqsirləndirilən şəxs də məktəbin yanaında gedib çimdiyini bildirmişdir. Əgər təqsirləndirilən şəxs evə girmiş olsa idi o zaman heç bir zaman gedib məktəbin yanaında çinməzdir. Təqsirləndirilən şəxs məhz məktəbin yanından tutulub aparılması da bu faktı təsdiq edir. Bundan başqa Elşad adlıə şəxsin dediklərini təqirləndirilən şəx təsdiq etmir başqa şəxsin dilindən deyilən sözlər sübut kimi qəbul edilərkən yalnız ölən şəxsin dildindən deyilən sözlər sübut kimi istisna hallarda qəbul edilə bilər.Elşad adlı şahidin dedikləri də sübut kimi qəbul edilə bilməz və qanunu tələblərinə ziddir .Eyni zamanda Elşad adlı şəxs məhkəmə istintaqı zamanı dindirilən zaman audioyazıda olan səsin ona məxsus olduğunu qeyd etmişdir. Həmin səs yazısında isə Elşad qeyd edir ki,Babək ona məktəbin yanına gedəcəyini bildirib. Təqsirləndirilən şəxsin əynində olan paltarlarala bağlı aparılan istintaq hərkətləri də maraqlıdır Belə ki,,zərərçəkmiş şəxs ifadəsind qeyd edir ki,həmin şəxsin əynində olan kurtqa göy rəngsdə olmuşdur. Kəmalə adlı şəxsin yazılan ifadəsində qeyd edilib ki,kurtka göy rəngdə olub. Hərçəndki o məhkəmədə dedi ki,mən həmin şəxsi görməmişəm. İstintaqda isə zərərçəkmiş şəxs göy dediyi kurtkanı qara kurtka ilə əvəz edib. Götürülən paltaraların heç birinin qablaşdırılması götürmə protokolunda göstərilməyib. Bu isə götürmənin nəticələrini şübhə altına alır Çünki Cinayət prosessual məcəllənin tələbləri pozulub. Təqsirləndirilən şəxsin də paltarları eyni qayda da götürülüb. Zərərçəkmiş şəxsin paltarlarının götürülməsi Gədəbəy şəhəri yazıldığı halda zərərçəkmiş şxəs həmin paltarların kənddən götürüldüyünü deyir. Ona görə həmin istintaq hərəkətləri qanunsuz olduğundan həmin protokollar və onun nəticəsində əldə edilmiş sübutlar sübutlar mötbər olmadığndan sübutlar siyahısından çıxardılmalıdır. Həmin protkolda paltarla təsvir edilməsində də qüsurlar vardrı Belə ki,protokolda götürülən paltarların əlamətləri göstərilməyib ya da yalnış göstərilir. Bundan başqa əşyanın təqdim edilməsi ilə bağlı tələblər də pozulub. Əşya tanınmaya təqdim ediməzdən öncə onun əlamətləri barədə tanıyacaq şəxs dindirlməlidir. Əgər zərərçkimş şəxs bildirirsə ki,kurtka göy olub onda necə qara kurtanı göstərə bilər. Bundan başqa evdə telefonun itməsi evə kiminsə daxil olması da şübhəlidir. Belə ki,birinci edilən zəngdə evdən pul getdiyi sonradan isə telefonun itdiyi qeyd edilir. Zərərçəkmiş şəxsin həyat yoldaşı deyir ki,mən gələndə həyat yoldaşım yıxılmışdır və huşu özündə deyildir. Sonrada deyir ki,mənə dedi ki,məndən pul istəyiblər. Kəmalə və Nuriyədə bldirdi ki,onlar Gələndə Əjdər qan içində olmuş və danışa bilməmişdir .Bildirirəm ki,məhkəmə istintaqı zamanı sənədlər tədqiq edilən zaman Azercell Mobil Hazır ki, cinayətlə bağlı isə onu deyə bilərik ki,cinayətin Babək Məmmədov tərəfindən törədilməsinə dair heç bir sübut yoxdur. operatorunun verdiyti məktub tədqiq edilən zaman məlum oldu  ki,zərərçəkmiş şəxsə məxsus olması iddia edilən  telefon nömrəsinə sonuncu zəng  05 avqust 2017-ci il tarixdə olmuşdur. Həmin zəngin hansı saatda olması qeyd edilməmişdir. Bundan başqa həmin məktubda qeyd edilir ki,zərərçəkmiş şəxsə məxsus olması iddia edilən telefon 16 avqust 2017-ci il tarixədək işlək olmuşdur. Hadisələrin gedişindən görünür ki,təqsirləndirilən şəxs 05 avqust 2017-ci il tarixdə tutulmuş və polis şöbəsinə aparılmışdır. Həmin vaxt o evlərindən deyil məıktəbin yanaından tutularaq polis şöbəsinə aparılmışdır. Bu hal onu deməyə əsas verir ki,telefon əgər təqsirləndirilən şəxs tərəfindən götürülüb gizlədilmiş olsa( çünki o təzyiq altında verdiyi ifadəsində bildirmişdir ki, guya o telefonu daşın altında gizlətmişdir ) onda həmin telefon 16 avqust 2017-ci il tarixədək işlək vəziyyətdə ola bilməzdir. Çünki onun həmin vaxta qədər enerjisi bitməli idi. Bu hal özlüyündə şübhəli məqəamlardan xəbər verir. Bu səbəbdən zərərçəkmiş şəxsə məxsus olması iddia edilən  telefon nömrəsinə 05 avqust 2017-ci il tarixdə gələn  və ya edilən zəngin saatı dəqiq müəyyən edilməmişdir. Bundan başqa telefonun İMED Kodunu özündə əks etdirən qutu maddi sübut kimi tanınmayıb bu səbəbdən onun məhkəməyə gətirlib həqiqətən də onun mövcud olub olmaması müəyyən edilməlidir. Müdafiə tərəfi qeyd edir ki,zərərçəkmiş şəxsə məxus olması iddia edilən telefonun götürülməsi barədə zərərçəkmiş şəxsin və ittiham tərəfinin arqumnetləri şübhəlidir. Belə ki,ilkin şikayətdən görünür ki,ilkin  vaxtlar telefon haqqında heç bir məlumat olmamış pulun götürülməsi qeyd edilmiş və sonradan müəyyən edilmişdir ki,pul götürülməyib. Bu səbəbdən telefonun İMEİD kodu əsasında həmin telefonda başqa nömrəinin işlədilib işlədilməməsi də istintaq orqanı tərəfindən yoxlanmalı olduğu halda bu hal yoxlanılmamışdır. AZERCCEL mobil operatorunun verdiyi məktubda qeyri müəyyəndir belə ki,telefonun 16 Avqust 2017-ci il tarixədək işlək olmasınn hansı əsasla müəyyən edilməsi qeyd edilməmişdir.Bundan başqa təqsirləndirilən şəxs polis şöbəsində zərərçəkmiş şəxsin həyat yoldaşına təqdim edilir lakin həmin vaxt zərərçəkmiş şəxsin həyat yoldaşı onu tanımır. Hətta təqsirləndirilən şəxs bildirir ki,onu göstərmək əvəzinə gedib polis əməkdaşını göstərdi. Müdafiə tərəfinin təqdim etdiyi diksdən də görünür ki,həqiqətəndə tanınma ilə bağlı istintaq hərəkəti  olmuş lakin həmin isintaq hərəkətinin protokolu iş materiallarında yoxdur. İş materiallarında təqsirləndirilən şəxsin ilkin ifadəsindən baş heç bir sübut yoxdur Əgər təqsirləndirilən şəxsin verdiyi ifadə əsasında ittiham verilirdisə ondan nədən digər cinayətlərlə də ittiham irəli sürülmürdü. Bu işlə bağlı verilən ittihamın mahiyyəti ondan ibarətdir ki,istintaq orqanı etdiyi qanunsuzluqları ört basdır eləmək istəmişdir. Yəni şəxsin qanunsuz həbs edilməsinə don geyindirmək istəmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverm Məhkəmənin “Maksimov Rusiyaya qarşı “18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişdir ki,əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir. Bu isə o deməkdir tərəf qeyd etdiyi dəlilərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli dəlilinə cavab almalıdır. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145.3-cü maddəsi). Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ – hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir.Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir

Oferta Plus Moldavaya qarşı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki,Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsi qoyur. Van de Hurk Niderlanda qarşı işdə Avropa Məhkəməsi qərara alıb ki, məhkəmələr hər bir suala cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən qaydaları gözləmədən işə baxmaqla ərizəçinin hüquqlarını pozmuşdur. İşin hallarından göründüyü kimi ərizəçinin irəli sürdüyü arqumentlərə məhkəmə cavabverməyib .Onunla bağlı hər hansı bir fikir məhkəmə qərarından görünmür.

Hiro Balani İspaniyaya qarşı məhkəmə işində ərizəçi məhkəməyə konkret və təcili cavab tələb edən yazılı arqumentlər təqdim etmişdi. Məhkəmə həmin cavabı vermədi və bu səbəbdən müəyyən etmək mümkün olmadı ki ,məhkəmə həmin arqumentlərə sadəcə əhəmiyyət verməyib , yoxsa onları rədd edib və əgər rədd edibsə ,bunu hansı əsaslara görə edib. Bu hal Avropa İnsan Hüquqları məhkəməsi tərəfindən 6 – ci   maddənin 1-ci bəndinin pozuntusu hesab edildi.Bu işdə ərizəçininn təqdim etdiyi arqumentlərə məhkəmə tərfəindən sadəcə əhəmiyyət verilməyib

Tələbimiz.

. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.9.17 və 381.1.1-ci maddəsinə əsaslanaraq, həmin Məcəllənin 385 və 387-ci maddələrinin müəyyən etdiyi qaydada,

 

Xahiş edirik:

 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.1, 399.1.2, 399.1.3 və 399.1.4-cü maddələrinə uyğun olaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən ittiham hökmünü ləğv etməklə:

  • Təqsirləndirilən şəxsin təqsiri sübuta yetrilmədiyindən onun barəsində bəraət hökmü  çıxardasınız.