“Oğlumun bu vəziyyətə düşməyində arvadı günahkardır”

  • By admin
  • 24 Oktyabr 2017 22:24

137088_1mznaf7twx
Müğənni İşın Karacanın Braziliyada küçələrdə yaşayan həyat yoldaşı Sedat Doğanın ailəsi verilişlərdən birinə açıqlama verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sedatın nənəsi və anası onun bu vəziyyətə düşməsində İşını günahkar biliblər:

“Oğlumun Esin ilə çox gözəl evliliyi var idi. Amma Karaca onu dağıtdı. Bir övladları oldu.
Uşağı Sedata göstərmədi. Axı, o da atadır, balasını görmək istəyir. Ona görə oğlum Braziliyaya iş qurmağa getdi və bu hala qaldı. Xahiş edirəm övladıma kömək edin”.

Qeyd edək ki, Karaca və doğan 2011-ci ildə ailə qurub və 2013-cü ildə boşanıblar. Onların bu nikahdan Mia adlı qızı var.

Gununsesi.info