Ded Xasan ləqəbi ilə tanınan Aslan Usoyan Rusiyanın kriminal aləminin ən nüfuzlu qanuni oğrularından biri idi. Milliyyətcə yezidi kürd olan Ded Xasanın azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) tapşırığı ilə qətlə yetirildiyi ehtimal olunur. Ded Xasanın kriminal aləmdəki hörməti elə bir yüksəklikdə idi ki, ona heç kim heç nədə “yox” deyə bilməzdi.
Axar.az xəbər verir ki, “TV Çentr”in hazırladığı “Qanuni oğrular” (“Vorı v zakone”) proqramının ilk buraxılışı Ded Xasanın şəxsi operatorunun lentə aldığı istirahət videosu ilə start götürür.
“Oğru”lara həsr olunan bu buraxılışda Yaponçik ləqəbi ilə tanınan Vyaçeslav İvankova da yer verilib. O, həbsdən çıxdıqdan sonra bir dostunun evinə qonaq gedir. Video-lentdə dostu Yaponçikə asta səslə “daha belə işlərlə məşğul olma” deyir.
Yaponçik 90-cı illərin əvvəllərində Amerikada rus mafiyasının lideri olub. O, ABŞ-da “Çara” bankının rəhbərliyindən haqq aldığına görə həbs edilib və həyatının 9 ilini Amerikanın Allenvud cəzaçəkmə müəssisəsində keçirib. 2004-cü ildə Rusiyaya ekstradisiya olunan Yaponçikə bəraət verilib və o azadlığa buraxılıb.
Dörd il sonra avtoritet “Tayski slon” restoranından çıxarkən snayperlə qətlə yetirilib. Mütəxəssislərin fikrincə, onun qətlinə səbəb ABŞ-dan gəldikdən sonra Rusiya ərazisində hakimiyyətini bərpa etmək istəyi idi. Halbuki Rusiya artıq müəyyən “oğru”ların hakimiyyəti arasında bölüşdürülmüşdü.
Bu videoda klanlar arasında gedən mübarizə, Rusiyadakı “qanuni oğrular” haqda ətraflı məlumat əldə edə bilərsiniz:
https://www.youtube.com/watch?v=UB0Xnzc6Xcc