
Türkiyədə oğul anasını balta ilə öldürüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Türkiyənin İzmir şəhərinin Konak rayonunda baş verib.
Belə ki, Konak rayonunun İnönü küçəsində yaşayan 23 yaşlı Sertan ailə münaqişəsi zəminində 51 yaşlı anası Serapı balta ilə öldürüb. O, başından aldığı zərbədən yerindəcə keçinib.
Səhər işdən evə qayıdan Serhat həyat yoldaşı Serapın qanlar içərisində yerə düşdüyünü görüb. Serhat dərhal təcili tibbi yardım xidmətinə məlumat verib. Hadisə yerinə gələn səhiyyə işçiləri Serapın öldüyünü təyin etdikdən sonra onu İzmir Ədliyyə tibb morquna aparıblar.
Hazırda cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisəni törədən Sertanın ruhi xəstə olduğu bildirilir.
Anar
Gununsesi.info









