Oğurluq etməkdə şübhəli bilinən qrupun üzvü tutulub

  • Müəllif: admin
  • 31 May 2017 12:04

ogru

Oğurluq etməkdə şübhəli bilinən qrupun üzvü Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də rayon ərazisində 1 ev və 1 mağazadan oğurluq etməkdə şübhəli bilinən qrupun daha bir üzvü – Bakı şəhər sakini Elbrus Məmmədov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində 4 avtomobildən ehtiyyat hissələri və məişət əşyaları, habelə Lökbatan qəsəbəsi ərazisindəki yaşayış komplekslərindən birində quraşdırılan kranı elektrik enerjisi ilə təmin edən kabelin 60 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.

Bundan başqa Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də Bakı şəhər sakini olan bir qadının 300 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nahid Həsənov tutulub. Ətrafında aparılan tədbirlərlə onun mayın 23-də digər bir qadının çantasından 140 manat pul oğurlaması da müəyyən edilib.

Anar
Gununsesi.info