
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərdən birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Xələfov, Balakən rayon sakini Elmir Bayramov və Saatlı rayon sakini Nazim Bayraqdarov tutulublar.
Bundan başqa Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 23-də rayon ərazisindəki mağazalardan birindən 350 manat pul və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Səngəçal qəsəbə sakinləri Elşad Quliyev, Bayram Kərimov, Eldəniz Quliyev və qardaşı Adil tutulublar.
Eyni zamanda Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki evlərdən birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıb. Ətraflarında aparılan tədbirlərlə onların daha 2 evdən pul, sənəd, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilib.
Anar
Gununsesi.info









