
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-də Hökməli qəsəbəsindəki evlərdən birinin qarşısından 750 ədəd mişar daşı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəhim Məmmədov tutulub.
Bundan başa Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən martın 8-də Bakı şəhər sakini Xəyalə Qədirovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə tutulub.
Eyni zamanda Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Gəncə şəhəri ərazisindəki kompyuter salonlarından birindən 2 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən şəhər sakini Ayxan Hüseynov tutulub.
Anar
Gununsesi.info









