Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • By admin
  • 12 May 2017 12:35

ogru

Avtomobil qaçırmaqda, həmçinin avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də Bakı şəhər sakini Nigar Bədirxanovanın “Nissan” markalı avtomobilindən 1000 manat pul və planşet oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Hüseynov tutulub. Ətrafında aparılan tədbirlərlə onun martın 25-də daha bir avtomobildən noutbuk və planşet oğurlaması da müəyyən edilib.

Bundan başqa DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 10-da Bakı şəhər sakini Elçin Ömərovun “VAZ-2106” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əhədov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində bir evdən pul və geyim əşyaları oğurlaması və daha bir avtomobildən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Eyni zamanda Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ramil Cəbrayılovun ətrafında Binəqədi Rayon Polis İdrəsinin 4-cü polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisində 5 avtomobildən qızıl, məişət əşyaları və sənəd oğurlaması da müəyyən edilib.

Anar
Gununsesi.info