
Oğurluğa cəhd göstərən Quba rayon sakini saxlanılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 13-nə keçən gecə Quba rayon İcra Şöbəsinin həyətində olan “Mercedes” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən rayon sakini Ədalət Süleymanov Quba Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə təhvil verilib.
Bundan başqa, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Samir Hüseynovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyunun 12-də Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.
Eyni zamanda Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 4450 ABŞ dolları və 260 manat pul, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Poladlı kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Quliyev tutulub.
Anar
Gununsesi.info









