Oğurluqda şübhəli bilinənlər saxlanılıb

  • Müəllif: admin
  • 10 Fevral 2017 11:24

ogru-1

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-dan cari il fevralın 9-dək olan müddətdə paytaxt ərazisindəki 15 evin həyətindən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Mahir Bayturayev və Fuad Mustafayev tutulublar.

Bundan başqa oğurluq etdiklərinə görə fevralın 1-də tutulan Xalid Tağıeyevin və Səbuhi Əliyevin ətrafında Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 10-da Ağcabədi rayon Subartezian Quyuların İstismarı İdarəsinə məxsus quyunu elektrik enerjisi ilə təmin edən naqilin 30 metrlik hissəsini kəsərək oğurlamaları da müəyyən edilib.

Anar

Gununsesi.info