Oğurluqla məşğul olan qadın - HƏBS EDİLİB

  • By admin
  • 21 May 2018 12:57

Sumqayıtda oğurluqla məşğul olan qadın tutulub. Gununsesi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən mayın 19-da şəhər sakini K.Dadaşovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Esmira Əmirova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 29-da digər şəhər sakini F.İsaqovanın içərisində 460 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.