
Oğuz rayonunda zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 10:15:18-də Oğuz rayonu ərazisində qeydə alınan zəlzələ episentrdə 4 bala qədər, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
Təkanların maqnitudası 4.5, dərinliyi isə 9 km olub.
Gununsesi.info












