
Oğuz rayonu, Bucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan dəmir qapı-pəncərə sexinin yanar konstruksiyaları yanıb. Bitişik ümumi sahəsi 120 m2 olan taxta sexi yanğından mühafizə olunub. Yanğın saat 02:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info