Oktyabr ayında atəşkəs elan olunur - KOLUMBİYADA

  • Müəllif: admin
  • 30 Sentyabr 2017 08:50

 

xuan_santos_071016

Kolumbiya prezidenti Xuan Manuel Santos  üsyançı “Milli Azadliq Ordusu”-u (ELN) ilə atəşkəs rejiminə dair fərman imzalayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın əvvəlində Ekvadorda keçirilən danışıqlarda Kolumbiya hökuməti və “Milli Azadliq Ordusu” ölkədə atəşkəs rejiminə dair razılığa gəliblər. Oktyabrın 1-dən başlayan atəşkəs rejimi yanvarın 1-dək qüvvədə qalacaq. Hökumətlə üsyançılar arasında danışıqlar fevral ayında başlayıb.

Qeyd edək ki, 1964-cü ildən etibarən hökumətlə silahlı mübarizə aparan “Milli Azadlıq Ordusu” “Kolumbiya inqilabi silahlı qüvvələri”ndən (FARC) sonra ölkənin sayca ən iri üsyançı qruplaşmasıdır. Kolumbiya hökuməti ilə FARC arasında sülh müqaviləsi ötən ilin sentyabrında imzalanıb.

Gununsesi.info