Şəki sakinini öküz xəstəxanalıq edib.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Böyük Dəhnə kənd sakini 1978-ci il təvəllüdlü Qarayev İbrahimxəlil Məcid oğluna kənd ərazisində öküz hücum edib və yaralayıb.Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan verilən məlumata görə İ.Qarayevə döş qəfəsinin əziyi və qabırğaların sınığı diaqnozu qoyulub.Vəziyyəti orta ağır qiymətləndirilir.
Gununsesi.org