Olaf Şolts Ukraynaya səfər edəcək

  • By admin
  • 04 Fevral 2022 15:53

Almaniya kansleri Olaf Şolts fevralın 14-ü Ukraynaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Handelsblatt” qəzeti yayıb.

Məlumata görə, kansler, həmçinin fevralın 15-i Rusiyaya səfərə yollanacaq.

Almaniyanın Nazirlər Kabineti sözügedən məlumatları hələ rəsmi olaraq təsdiqləməyib.

 

 

Gununsesi.info