Olimpiadada futbol yarışlarının vaxtı açıqlandı

  • By admin
  • 23 İyul 2020 16:40

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub. 

Gununsesi.org FIFA-nın rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, kişilərin yarışı 2021-ci il 22 iyul – 7 avqustda gerçəkləşəcək.

Qadınların analoji turniri isə gələn il 21 iyul – 6 avqustda olacaq.

Qeyd edək ki, “Tokio-2020” koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul – 8 avqusta təxirə salınıb.

Gununsesi.org