“Ölkə adı: 22” təqdim edildi

  • By admin
  • 11 İyun 2016 15:07

z4z1z2z3

Yazıçı Zümrüd Yağmurun yeni çapdan çıxmış “Ölkə adı: 22” romanının təqdimat mərasimi keçirilib. Gununsesi.info xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilən tədbirdə ölkənin tanınmış ədəbiyyat adamları, ictimai-siyasi xadimlər iştirak edir. Tədbir müəllifin roman haqda məlumatı ilə başlayıb. Tədbirdə ilk çıxışçı Mİlli Şuranın sədri, professor Cəmil Həsənli olub. O, çıxışında ədəbiyyatımızın hazırkı vəziyyətinə toxunaraq bildirib: Zəmanəmizdə ən çox əziyyət çəkən ədəbiyyatdır . Nə baş verənləri olduğu kimi təsvir edə bilir, nə də susa bilir. Bir neçə ədəbiyyat adamımız var ki, dövrümüzün reallıqlarını ifadə edir. Zümrüd Yağmurun bu romanı belə əsərlərdən biridir.

Cəmil Həsənli müəllif haqqında da fikirlərini bildirib. Cəmil Həsənli Zümrüd Yağmurun əvvəlki əsərlərini də xatırladaraq onun yaradıcılığı haqda yüksək fikirlər səsləndirib. O bildirib ki, hazırda ədbiyyata maraq ümumən azalsa da, “Ölkə adı: 22” maraqla qarşılanıb.

Həyatdan kənar ədəbiyyat yoxdur deyen Cəmil Həsənli, bildirib ki, “Ölkə adı: 22”-də ədəbi labaratoriya kimi götürülmüş “ada cəmiyyət” elə Azerbaycandır. Cəmil Həsənli müəllifi təbrik edərək, onun başqa əsərləri kimi bu romanının da xarici dillərə tərcüməyə layiq olduğunu deyib, müəllifdən yeni əsərlər gözlədiyini ifadə edib.

Təqdimat mərasiminə qatılan AXCP sədri Əli Kərimli də müəllif və yeni romanı haqda xoş sözlər işlədib. O, Zümrüd Yağmurun əvvəlki əsərlərdən yaxşı tanındığını da ifadə edib: “Onun əsərlərində tanıdığımız adamlar ümumiləşdirilmiş obrazlarla əbədiləşdirilib, onları unutmaq olmayacaq. Dövrümüzdə baş verənlərin belə ədəbi əsərlərlə arxivləşdirilməsi çox vacibdir və Zümrüd xanım bu boşluğu doldurur”. Gültəkin Hacıbəyli də romanı Corc Ourelinin 1984 romanı ilə müqayisə edib, Zümrüd xanımın Corc Oureliden təsirləndiyini təbii hal kimi qeyd edib. Onun fikrincə əsər reallıqdan çox da qopmadığı üçün ona tam anti-utopik dəmək də olmaz. Bu əsəri yeni bir cərəyan, anti-utopik realizm də adlandırmaq olar. O fikrincə əsərin ən gözəl cəhəti onun işıqlı sonluqla bitmesidir. Gültəkin Hacıbəyli əsər haqqında dolğun təhlil verib, müəllifə təkrar təşəkkürlə fikrini tamamlayıb.