Ölkə başçısının qızı atasının əvəzindən xalqı təbrik etdi

  • By admin
  • 31 Avqust 2016 12:01
lola baci
Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova ölkənin müstəqillik günü ərəfəsində Özbək xalqını təbrik edib.
Gununsesi.info xəbər verir ki,  Lola Kərimova Özbək xalqına  müstəqillik günü ilə bağlı təbrikini öz “İnstagram” səhifəsində yayıb: “Bütün  soydaşlarımızı Müstəqillik günü münasibəti ilə ürəkdən təbrik edirəm! Mən əməksevər, istedadlı,  səmimi Özbək xalqını xoşbəxtlik  və inkişaf arzulayıram. Qoy  hər zaman bizim doğma  torpaqlarımızda  sülh, sabitlik, müxtəlif xalqlar və dini inanclılar arasında  tolerantlılıq,  qarşılıqlı hörmət  hökm sürsün, hansı ki, əsrlər boyudur bizim Vətənimizdə davam edir”.
L. Kərimova öz təbrik mesajında həmçinin, atası İslam Kərimova şəfa diləyib: “ Mən yaranmış bu imkandan istifadə edib prezidentimizin  tez bir zamanda sağalmasını arzu edirəm. Bu, bizim üçün çox böyük məna kəsb edir. Sizlərə çox təşəkkür edirəm!”.
Gununsesi.info