Ölkədə əhali ən çox bu xəstəliklərdən dünyasını dəyişir - Şok rəqəmlər

  • By admin
  • 29 Avqust 2016 14:36

xasta

Onkoloji və ürək-damar xəstəlikləri tüğyan edir.

Azərbaycan əhalisiən çox hansı xəstəliklərdən dünyasını dəyişir?

Gununsesi.info Dövlət Statikstika Komitəsinin “Əhalinin sosial təminatı, səhiyyə və mənzil təminatı” adlı nəşrinə istinadən bu rəqəmləri təqdim edir.

Nəşrə görə, ötən il republika üzrə 54.6 insan dünyasını dəyişib. Onlardan;

– bəzi infeksion və parazitar xəstəliklərdən- 510 nəfər

– onkoloji xəstəliklərdən- 7 min278 nəfər

– qan xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlardan – 51 nəfər

– Endokrin sistemin xəstəlikləri – 1264 nəfər

– sinir sistemi xəstəliklərindən -1047 nəfər

– ürək qan-damar xəstəliklərindən -32 min 825 nəfər

– tənəffüs sistemi xəstəliklərindən -1712 nəfər

– həzm sisteminin xəstəliklərindən – 2 min 856 nəfər

– sidik-cinsiyyət sistemindən- 1136 nəfər

– Hamiləlik, doğuş və zahılıq dövründə -24 nəfər

– travmalar, zəhərlənmələrdən- 2 min 646.

1 yaşa qədər ölən uşaqların saynda artım müşahidə edilir. Belə ki, 2015-ci ildə bu yaşa qədər ölən uşaqların sayı əvvəlki ilə nisbətən 380 nəfər artaraq 2 min 33 nəfərə çatıb. Onlarin 1220-si oğlan, 813-ü qız uşaqlarıdır.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info