Ölkədə Aİ-95 benzin problemi həll olundu

  • Müəllif: admin
  • 04 Noyabr 2016 19:00

download

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) son iki gün ərzində müşahidə olunan “Premium-95” markalı benzin çatışmazlığı məsələsini həll edib.

Gununsesi.info xəbər verir ki, bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Mənbənin sözlərinə görə, ölkədə “Premium-95” markalı benzin istehsal olunmadığı üçün onu xaricdən idxal etmək lazım gəlir. O, Azərbaycanda bu tip benzinə böyük tələbat olduğunu bildirərək, artıq ölkəyə yeni yanacaq partiyasının daxil olduğunu qeyd edib.

Aİ-95 benzininin istifadəsi 2018-ci ilədək davam edəcək. Həmin tarixdən etibarən isə Bakıda Avro-5 standartlı benzin istehsal olunacaq.

 

Gununsesi.info