Ölkədə investisiya böhranı yaşanır - İqtisadiyyatın bütün sahələrinə qoyulan sərmayələr aşağı düşüb

  • By admin
  • 19 Sentyabr 2016 14:09

invetsis

Əsas kapitala yönəlmiş vəsaitlər 31 faiz azalıb.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2016-cı ilin yanvar-avqust aylarında əsas kapitala 8.9 milyard manat vəsait yatırılıb.

Onun 6.4 milyard manatı tikinti-quraşdırma işlərinə ayrılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azdır.

Ümumi sərmayənin 28.6 faizi dövlət, 71.4 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Aşağıdakı maliyyə mənbələri üzrə investisiyalar edilib:

1.Müəssisə və təşkilatların vəsaitləri 6.5milyard manat olub. Bu mənbə üzrə investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.2 faiz azalıb.

2.Bank kreditləri üzrə qoyulan sərmayələrin həcmi 884 milyon manat olun. Bu istiqamətdə edilən investisiyaların həcmi 28 faiz artıb.

3.Büdcə vəsaitlərindən bu ilin 8 ayında 1.150 milyard manat yönəlib. Hökumət ötən ilin müvafiq dövrünə nisbətən büdcədən yönəldilən investisiyalar 41 faiz azalıb.

4.Büdcədənkənar fondların vəsaitləri 97.7 milyon manat olub. Burada azalma isə 46.4 faizdir.

5.Əhalinin şəxsi vəsaiti hesabına qoyulan kapital 294.6 milyon manat təşkil edib ki, burada 6.1 faiz azalma baş verib.

6.Sair vəsaitlər üzrə 24.6 milyon manat sərmayə qoyulub ki, burada 88 faiz azalıb.

İnvestisiya edilən sahələrə gəlincə, təəssüf ki, ən böyük azalmalar kənd təsərrüfatında (- 50 faiz),  emal sənayesində (-52 faiz), yaşayış evlərinin tikintisində (- 48.7 faiz), ticarət sektorunda (- 94.7 faiz), maliyyə və sığorta sektorunda müşahidə edilir.

Azərbaycana yatırım qoyan əsas ölkələr isə Birləşmiş Krallıq, Türkiyə, Malaziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info