“Ölkədən çıxan maliyyə axınına nəzarət edilməlidir” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 16 Mart 2018 17:02
“Yerli və yüngül sənayeni inkişaf etdirməyə xüsusi diqqət etməliyik ki, bu da bir sıra sosial problemlərin həllinə imkan veriləcək”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı Hökümətin 2017-ci il hesabatına təkliflər səsləndirərkən deyib.
Hesabatı yüksək qiymətləndirdiyini vurğulayan M.Qasımlı növbəti ildə nəzərə alınması üçün bir sıra təkliflər də səsləndirib:
“Hesab edirəm ki, ölkəmizdə istehsal edilən məhsullar xaricdən gətirilərkən onların  üzərinə yüksək rüsüm qoyulmalıdır. Bununla da daxili istehlakçımızı, istehsalımızı qorumalıyıq. Bu həm də ərzaq təhlükəsizliyinə xidmət edəcək”.
M.Qasımlı maliyyə nəzarəti gücləndirilməsinin vacib olduğunu deyib:
“Hesab edirəm ki, İqtidsadiyyat Nazirliyi, Mədəniyyət  və Turizm Naziriliyi ilə birlikdə  hesabat hazırlamalıdır. Bu zaman ölkədən xaricə gedənlərin sayı və ölkədən xaricə maliyyə axını müəyyən edilməli və ona hansısa formada nəzarətolunmalıdır. Düzdür, bu axının qarşısını süni yollarla ala bilmərik. Lakin ölkədə turizm mərkəzlərinin sayı artırılmaqla əhalinin ölkə daxilində istirahət imkanlarını artıra bilərik”.
Mürtəza
Gununsesi.info