Ölkəyə buraxılmayan iş adamının diplomat qardaşı: - MÜRACİƏTƏ CAVAB GÖZLƏYİR (ÖZƏL)

  • By admin
  • 20 Sentyabr 2016 16:33

abdulgafur

Xəbər verdiyimiz kimi Azərbaycanda çalışan “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfırat Türkiyədən Bakıya gələrkən sərhəddən geri qaytarılıb. Azərbaycana girişinə qadağa qoyulan ünlü iş adamı özüylə bağlı bu qərarı FETÖ-nun Azərbaycanda güclü olması ilə əsaslandırıb. Gununsesi.info-ya müsahibəsində (https://www.gununsesi.info/m%C9%99ni-az%C9%99rbaycana-feto-buraxmadi/) Hüseyn Büyükfırat illərdir ki,  Fətullah Gülənə qarşı mübarizə apardığını və onun Azərbaycandakı tərəfdarları ilə gərgin münasibətdə olduğunu deyib.

O, həmçinin, Azərbaycana buraxılmamasına görə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun narahat olduğunu və bu məsələni rəsmi Bakı ilə müzakirə edəcəklərini bəyan edib.

Qeyd edək ki, Hüseyn Böyükfıratın qardaşı Abdulqafur Büyükfırat  Türkliyənin Azərbaycandakı səfirliyində təhsil müşaviridir. Gununsesi.info iş adamının diplomat qardaşı ilə əlaqə saxlayıb, vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışıb. Saytımıza açıqlamasında ortada dəyişən bir şeyin olmadığını deyən Abdulqafur Büyükfırat qardaşının səfirliyə və Azərbaycanın müvafiq orqanlarına müraciət etdiyini deyib: “Müraciətləri var. Hələlik, hər hansı bir cavab yoxdur. O, da cavab gözləyir”.

Türkiyə səfirliyinin məsələni araşdırıb-araşdırmamasına gəlincə, Büyükfırat bu barədə hər hansı fikir söyləməkdən çəkindi: “Bildiyim yeni bir şey yoxdur”.

Elmar