Ölmüş balasını 4 həftə qəfəsində saxladı və… – Foto

  • By admin
  • 30 Sentyabr 2017 21:44

meymun1
İtaliyada heyvanlar aləmində qeyri-adi hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, vəhşi heyvanlar üçün nəzərdə tutulan qoruqda yaşayan Evalin adlı ana meymunun balası doğulandan 5 gün sonra ölüb. Bunu qəbul etməyən ana cansız bədəni heç kimə verməyərək balasını 4 həftə ərzində yedirdib və onunla maraqlanıb.

Bala meymunun ölümündən 3 həftə keçəndən sonra onun bədəni hissələrə parçalanmağa başlayıb, lakin Evalin bu hissələri birləşdirməyə çalışaraq balasının qayğısına qalmağa davam edib.

 

Gununsesi.info