“Ölüm cəzasını bərpa etməyə hazıram”

  • By admin
  • 25 Noyabr 2016 20:35

erdogan3

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm cəzasını bərpa etməyə hazır olduğunu bəyan edib.
Trend-in məlumatına görə, bu barədə dövlət başçısı bu gün İstanbulda Nəcməddin Ərbakan adına Mərkəzin açılışında deyib.
R.T.Ərdoğan qeyd edib: “Xalqın ölüm cəzasının bərpasını istəyəcəyi və parlamentin qəbul edəcəyi təqdirdə, mən bu qərarı təsdiq etməyə hazıram”.
Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv olunub.

 

Gununsesi.info