Ombudsman: “İşgəncə barədə deyilənlərdən xəbərsizəm” - QƏBƏLƏDƏN İNDİ GƏLMİŞƏM

  • By admin
  • 05 Avqust 2016 17:16

elmira

“Nardaran işi” ilə bağlı son məhkəmədə Hacı Taleh Bağırzadə sensasion açıqlamalar verib. O, məhkəmə çıxışında DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində dəhşətli işgəncələrə məruz qaldıqlarını deyib. Onu da xatırladaq ki, təqsirləndirilən şəxslərin vəkilləri də istintaq dövründə onlarla görüşləri zamanı bədənlərində işgəncə izlərinin olduğunu deyib.

Bəs görəsən, Azərbaycanın İnsan Hüququları Üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bu faktları niyə araşdırmayıb? 

Gununsesi.info-nun bununla bağlı sorgusunu cavablandıran Elmira Süleymanova “Nardaran İşi” üzrə məhkəmədə deyilənlərdən xəbərsiz olduğunu deyib: “Qəbələdən indicə  gəlmişəm, orada nə danışılmasından xəbərsizəm”.

Ombudsman əlavə edib ki, mediada yazılanları oxuduqdan sonra bu barədə araşdırma aparacaq.

Gülnaz