On bir evdən oğurluq etmiş dəstə zərəsizləşdirildi - DİN açıqlama yaydı

  • By admin
  • 27 Dekabr 2016 13:25

hadisa

Oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Elvin Nəsrullayevin ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev, Qəmbər Məmmədov və Asim Abbasov ilə birgə oktyabrın 22-dən dekabrın 7-dək şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladıqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Fərəcov, H.Mehdiyev, Q.Məmmədov və A.Abbasov da tutulublar.

Faktlarla bağlı cinayət işi aşılıb, araşdırma aparılır.

Gununsesi.info