OPEC-in baş katibi Azərbaycana səfər edəcək

  • By admin
  • 24 Noyabr 2016 13:13

opec

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun Azərbaycana səfəri gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib.

Nazir bu səfərin kartellə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacağı, neft ixrac edən ölkələr sırasında və dünyada Azərbaycanın nüfuzunu daha da artıracağını deyib: “Ümid edirik ki, Neft İxrac Edən Ölkələr Təşkilatı və Azərbaycan arasında sıx əlaqələrin qurulması dialoq və məsləhətləşmələr vasitəsilə dünya iqtisadiyyatında, neft bazarlarında dəyişiklikləri izləyən, onlara operativ reaksiya təklif edən OPEC-lə mütəmadi təcrübə mübadiləsinin aparılmasına imkanlar yaradacaq”.

Gununsesi.info