OPEC-in iclası İransız keçəcək

  • By admin
  • 20 İyun 2018 11:21

İranın neft naziri Bijan Namdar Zəngəni ölkəsinin OPEC ölkələrinin xam neft hasilatının kvotasının artırılması ilə bağlı iclasında iştirak etməyəcəyini bəyan edib.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, iclas iyunun 22-də Vyanada baş tutacaq.

Zəngəni deyib ki, Tehran OPEC+ razılaşmasına ABŞ tərəfindən təsir edilməsinə qarşı çıxır.